Zelenski Britaniya kralına “iPad” HƏDİYYƏ ETDİ – VİDEO

Zelenski Britaniya kralına “iPad” HƏDİYYƏ ETDİ – VİDEO

Hazırda oxunan: Zelenski Britaniya kralına “iPad” HƏDİYYƏ ETDİ – VİDEO

602148

Ukrayna Prezidenti Volodimir Zelenski Britaniya səfəri çərçivəsində Vestminsterdə keçirilən iclasda 60 deputat və lord qarşısında çıxış edib.

Bizim.Media xəbər verir ki, Zelenski çıxışında Yaxın Şərqdəki müharibə ilə Ukraynadakı uzunmüddətli münaqişə arasında əlaqə yaradaraq bildirib ki, ukraynalılar müasir müharibənin qabaqcıllarına çevriliblər və əldə etdikləri təcrübəni müttəfiqlərlə bölüşməyə hazırdırlar. 

Zelenski vurğulayıb ki, hətta “iPad” kimi sadə texnologiyalar Ukrayna komandirlərinə ölkənin təhlükəsizliyini idarə etməyə imkan verir

Prezident həmçinin qeyd edib ki, o, Kral III Çarlz ilə Bukingem Sarayında keçirilən görüş zamanı “iPad”i hörmət və minnətdarlıq əlaməti olaraq təqdim edib və bunun iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.

İclasda Böyük Britaniyanın Baş naziri Kir Starmer, NATO-nun Baş katibi Mark Rutte, Britaniya müdafiə naziri Con Hili və partiya liderləri iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO