G20 ölkələrinin maliyyə nazirləri Cakartada görüşəcəklər – GÜNDƏLİKDƏ DURAN MƏSƏLƏ NƏDİR?

G20 ölkələrinin maliyyə nazirləri Cakartada görüşəcəklər – GÜNDƏLİKDƏ DURAN MƏSƏLƏ NƏDİR?

Hazırda oxunan: G20 ölkələrinin maliyyə nazirləri Cakartada görüşəcəklər – GÜNDƏLİKDƏ DURAN MƏSƏLƏ NƏDİR?

60192

G20 ölkələrinin maliyyə nazirləri fevralın 17-18-də Cakartada İndoneziyanın sədrliyi ilə ilk görüşlərini keçirəcəklər.

Bizim.Media xəbər verir ki, bu barədə İndoneziya hökumətinin portalına yerləşdirilən məlumatda bildirilir.

“Maliyyə nazirlərinin və mərkəzi bankların rəhbərlərinin görüşü fevralın 17-18-də keçiriləcək”, - deyə məlumatda qeyd edilir. Görüşün həm onlayn, həm də oflayn formatda təşkil olunacağı bildirilir. Çin, Hindistan və Rusiya daxil olmaqla səkkiz ölkənin nümayəndələrinin tədbirə videorabitə vasitəsilə qatılacağı qeyd edilir.
 

MÖVZU İLƏ BAĞLI:

İtaliya mediası Ərdoğanı G20 sammitinin "qalibi" adlandırdı


İndoneziya Mərkəzi Bankının rəhbəri Perri Varcio bildirib ki, iyirmilik ölkələrinin iqtisadiyyatının pandemiyadan sonra bərpası, rəqəmsallaşdırma və inflyasiya ilə mübarizə görüşün əsas mövzuları olacaq.

Xatırladaq ki, İndoneziya dekabrın 1-dən ilk dəfə rəsmi olaraq G20-də sədrliyə başlayıb. İndoneziya Prezidenti Coko Vidodo əsas diqqətin iqtisadi bərpa, enerji dəyişmələri və rəqəmsal transformasiya məsələlərinə yönəldiləcəyini bəyan edib.

Bundan əlavə, C.Vidodo bildirib ki, G20-nin yekun sammiti Bali adasında 2022-ci il oktyabrın 30-31-də əyani formatda təşkil olunacaq.

Əlavə olaraq qeyd edək ki, G20 qrupu 1999-cu il dekabrın 15-16-da sənaye cəhətdən inkişaf etmiş yeddi ölkənin – ABŞ, Böyük Britaniya, AFR, Kanada, Fransa, İtaliya və Yaponiyanın maliyyə nazirlərinin təşəbbüsü ilə yaradılıb. Məqsəd qlobal çağırışlara qarşı tədbirlərin görülməsidir.

Təsisçi ölkələrdən başqa, Avstraliya, Argentina, Braziliya, Hindistan, İndoneziya, Çin, Cənubi Koreya, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, CAR və Avropa İttifaqı qrupun üzvləridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO