“Cin qovmaq” adı ilə uşağın başına oyun açdılar - VİDEO 

“Cin qovmaq” adı ilə uşağın başına oyun açdılar - VİDEO 

Hazırda oxunan: “Cin qovmaq” adı ilə uşağın başına oyun açdılar - VİDEO 

6019

Sosial şəbəkələrdə rusiyalı məşhur ekstrasensin uşaqdan “cin çıxarması” barədə kadrlar yayılıb.

Bizim.Media bildirir ki, görüntüləri “Mash” “Telegram” kanalı paylaşb.

Kadrlarda Rusiyada məşhur “Bitva Ekstrasensov” (“Ekstrasenslərin Döyüşü”) verilişinin finalisti İrina İqnatenkonun azyaşlı uşaqdan “cinqovma proseduru” əks olunub. Videodan görünür ki, balacanın qışqırıb ağlamasına baxmayaraq, ekstrasens bir əli ilə onun ağzını tutur, o biri əli “cinləri qovur”.

Kadrlar artıq Rusiyada uşaq ombudsmanlarının diqqətini çəkib. RF Müdafiə Nazirliyində uşaq hüquqları üzrə müvəkkil Kseniya Mişonova vəziyyətdən xəbərdar olduqlarını, videonun artıq səlahiyyətlilərə göndərildiyini bildirib. (oxu)

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO