Ərdoğan “Dubay Ekspo 2020” sərgisində Azərbaycan pavilyonunu ziyarət edəcək - FOTO

Ərdoğan “Dubay Ekspo 2020” sərgisində Azərbaycan pavilyonunu ziyarət edəcək - FOTO

Hazırda oxunan: Ərdoğan “Dubay Ekspo 2020” sərgisində Azərbaycan pavilyonunu ziyarət edəcək - FOTO

60189

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb.

Bizim.Media xəbər verir ki, imzalanma mərasimindən əvvəl Qəsr Əl Vətən sarayında Türkiyə Prezidentinin Əbu-Dabi vəliəhd şahzadəsi, BƏƏ Ali Baş Komandanın müavini Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə təkbətək və geniş tərkibdə görüşü olub. Tərəflər vurğulayıblar ki, iki ölkə arasında əlaqələr yeni dövrə qədəm qoyur və əlaqələrin möhkəmlənməsi Yaxın Şərq regionunda tərəqqiyə də töhfə olacaq.

Görüşlərdə vurğulanıb ki, yaxın illərdə BƏƏ ilə Türkiyə arasında ticarət dövriyyəsinin iki dəfə artırılması nəzərdə tutulur.

Türkiyə və BƏƏ liderləri Körfəz regionunda sülhün və təhlükəsizliyin bərqərar olması, bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsi məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.

Sonra BƏƏ və Türkiyənin rəsmi şəxsləri iqtisadiyyat, turizm, qabaqcıl texnologiyaların tətbiqi, ekologiya və qarşılıqlı sərmayələrə dair sənədlər imzalayıblar.

Bu gün Rəcəb Tayyib Ərdoğan “Dubay Ekspo 2020” sərgisində Türkiyə Milli Gününün açılışı mərasimində iştirak edəcək, həmçinin buradakı Azərbaycan pavilyonunu da ziyarət edəcək



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO