Əfqanıstan Pakistanın hərbi bazasına zərbə endirdi - VİDEO

Əfqanıstan Pakistanın hərbi bazasına zərbə endirdi - VİDEO

Hazırda oxunan: Əfqanıstan Pakistanın hərbi bazasına zərbə endirdi - VİDEO

601674

Əfqanıstan Hərbi Hava Qüvvələri Pakistanın Vana şəhərində yerləşən hərbi bazaya zərbə endirib.

Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.
 

Bildirilib ki, söhbət Pakistanın Hayber-Paxtunxva əyalətinin Cənubi Vəziristan dairəsinin inzibati mərkəzində yerləşən hərbi obyektdən gedir. Əfqanıstan tərəfi zərbənin Pakistan Hərbi Hava Qüvvələrinin gecə saatlarında Qəndəhar əyalətinə endirdiyi hücuma cavab olaraq həyata keçirildiyini bildirib.


Həmin hücum zamanı narkotik asılılığından müalicə alanların yerləşdirildiyi xəstəxana bombalanıb, lakin ölən olmayıb.

Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına görə, Vana şəhərindəki bazaya endirilən zərbə nəticəsində komandanlıq qərargahının şəxsi heyətinin böyük hissəsi məhv edilib və Pakistan ordusu canlı qüvvə baxımından ciddi itkilər verib.

Xatırladaq ki, fevralın sonunda Pakistanın müdafiə naziri Xavaca Asif Əfqanıstanla açıq qarşıdurmanın başladığını bəyan etmişdi. Onun sözlərinə görə, "Taliban" Əfqanıstanı Hindistanın təsiri altına salıb və ölkəni müxtəlif terror qrupları üçün sığınacağa çevirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO