Ukrayna dron istehsalı ilə bağlı ABŞ-a nəyi təklif edib?

Ukrayna dron istehsalı ilə bağlı ABŞ-a nəyi təklif edib?

Hazırda oxunan: Ukrayna dron istehsalı ilə bağlı ABŞ-a nəyi təklif edib?

601642

ABŞ ilə dron istehsalına dair müqavilə bağlamaq istərdik, lakin sənəd hələ imzalanmayıb.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Prezident Trampla heç bir sənəd imzalamamışıq. Niyə belə olduğuna dair cavabım yoxdur. Bu, sonradan baş verə bilər, amma əmin deyiləm", - deyə Prezident qeyd edib.

Zelenski amerikalıların həmişə Ukrayna dronlarına maraq göstərdiyini vurğulayaraq deyib:

“Mən heç vaxt eşitməmişəm ki, ABŞ maraqlı deyil. Mən əksini eşitmişəm: ABŞ çox maraqlıdır”.
 

Volodimir Zelenski əlavə edib ki, ABŞ-a təxminən 35-50 milyard dollar dəyərində dron istehsalı müqaviləsi imzalamağı təklif edib.


Dövlət başçısı, həmçinin xatırladıb ki, Ukrayna artıq üç ölkə - Danimarka, Böyük Britaniya və Almaniya ilə birgə silah istehsalına uğurla başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO