İrana quru müdaxiləsi fəlakətli səhv ola bilər - EKSPERTLƏR

İrana quru müdaxiləsi fəlakətli səhv ola bilər - EKSPERTLƏR

Hazırda oxunan: İrana quru müdaxiləsi fəlakətli səhv ola bilər - EKSPERTLƏR

601625

ABŞ və İsrailin İrana hava zərbələri fonunda Vaşinqtonda mümkün quru əməliyyatı müzakirə olunsa da, hərbi analitiklər bunun son dərəcə riskli olacağını bildirirlər.

Bizim.Media xəbər verir ki, ekspertlərin fikrincə, İranın dağlıq relyefi, böyük ərazisi, bataqlıqları və sərt iqlimi quru müdaxiləsini həm logistik, həm də hərbi baxımdan son dərəcə çətinləşdirir.

Qeyd olunur ki, Zaqros, Əlborz və Makran dağ silsilələri, həmçinin ölkənin mərkəzindəki duzlu səhralar hərbi texnika və canlı qüvvə üçün ciddi maneələr yaradır.

Mütəxəssislər hesab edirlər ki, bu səbəbdən Pentaqonun genişmiqyaslı quru işğalından daha çox məhdud və sürətli xüsusi əməliyyat variantlarını nəzərdən keçirməsi ehtimalı yüksəkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO