Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun bu ölkədə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təşəbbüsünü dəstəkləyib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Akordanın mətbuat xidməti yayıb.
“Prezident Qasım-Jomart Tokayev prezident Qurbanqulu Berdiməhəmmədovla telefon danışığı aparıb. Dövlət başçıları ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi perspektivlərini, o cümlədən Qazaxıstan liderinin ötən ilin oktyabrında Aşqabada dövlət səfəri nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsini müzakirə ediblər”. KazTAQ nəşri mətbuat xidmətinin bəyanatından sitat gətirib.
Prezidentlər qarşılıqlı ticarətin həcminin artmasını, energetika, nəqliyyat, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın intensivləşməsini məmnunluqla qeyd ediblər.
Söhbət zamanı Qasım-Jomart Tokayev Qurbanqulu Berdiməhəmmədovun növbədənkənar prezident seçkiləri keçirmək qərarını dəstəklədiyini bildirib.
Qazaxıstan liderinin sözlərinə görə, Türkmənistan prezidentinin böyük siyasi və həyat təcrübəsi, şübhəsiz ki, bu dövlətin çiçəklənməsi işinə xidmət edəcək. Ötən həftə Qurbanqulu Berdiməhəmmədov demişdi ki, yeni inkişaf mərhələsində dövlət idarəçiliyinə gedən yol gənclərə verilməlidir.
O, bununla bağlı Mərkəzi Seçki Komissiyasına müvafiq işə başlamaq barədə göstəriş verib. Nəticədə MSK növbədənkənar prezident seçkilərinin tarixini martın 12-nə təyin edib.
Xatırladaq ki, rusiyalı ekspertlər Türkmənistanın yeni prezidentinin Qurbanqulu Berdiməhəmmədovun 40 yaşlı oğlu Serdarın olacağı proqnozunu veriblər. O, hazırda Baş nazirinin iqtisadiyyat üzrə müavini vəzifəsində çalışır və ölkənin neft-qaz kompleksinə nəzarət edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:53 / 14.02.2022
Tokayev Berdiməhəmmədovun qərarını dəstəklədi – VƏZİFƏDƏN GEDİR?
Hazırda oxunan: Tokayev Berdiməhəmmədovun qərarını dəstəklədi – VƏZİFƏDƏN GEDİR?
Hazırda oxunan: Tokayev Berdiməhəmmədovun qərarını dəstəklədi – VƏZİFƏDƏN GEDİR?
0:00
0:00
60128
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.