Türk dövlətləri təşkilatı üzvlərinin növbəti toplantısı Özbəkistanda keçiriləcək – Ərdoğan açıqladı

Türk dövlətləri təşkilatı üzvlərinin növbəti toplantısı Özbəkistanda keçiriləcək – Ərdoğan açıqladı

Hazırda oxunan: Türk dövlətləri təşkilatı üzvlərinin növbəti toplantısı Özbəkistanda keçiriləcək – Ərdoğan açıqladı

60114

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfər edəcək. Bu, fevralın 11-də məlum olub.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın səfəri türk ölkələrinin nümayəndələri ilə görüşündə açıqlanıb. İclasda Özbəkistanı Senatın üzvü Bəxtiyor Sayfullayev təmsil edib.

Qeyd olunur ki, Türkiyə liderinin səfəri bu ilin martında baş tutacaq. Türk dövlətləri təşkilatı üzvlərinin növbəti toplantısı mart ayında Özbəkistanda keçiriləcək.

Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyinin məlumatına görə, Türkiyə Prezidenti fevralın 11-də Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvlərini qəbul edib.
Tədbirdə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında çoxşaxəli əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Ərdoğan Türk Dövlətləri Təşkilatının payızda Özbəkistanda keçiriləcək zirvə toplantısının bu Təşkilatın fəaliyyətinin yeni səviyyəyə çatdırılması baxımından əhəmiyyətli olacağına əminliyini ifadə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO