G7 ölkələrindən Rusiyaya qarşı tətbiq ediləcək sanksiyalarla bağlı AÇIQLAMA

G7 ölkələrindən Rusiyaya qarşı tətbiq ediləcək sanksiyalarla bağlı AÇIQLAMA

Hazırda oxunan: G7 ölkələrindən Rusiyaya qarşı tətbiq ediləcək sanksiyalarla bağlı AÇIQLAMA

60084

G7 ölkələri Rusiyanın Ukraynaya müdaxiləsi halında Moskvaya qarşı sanksiyalar tətbiq etməyə hazır olduqlarını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “russian.rt.com” nəşri yayıb. 

"Biz Rusiya iqtisadiyyatı üçün genişmiqyaslı və dərhal nəticələrə səbəb olacaq iqtisadi və maliyyə sanksiyalarını kollektiv şəkildə tətbiq etməyə hazırıq", - G7-nin maliyyə nazirləri Böyük Britaniya hökumətinin saytında dərc olunan bəyanatda bildiriblər.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, fevralın 16-da Rusiya tərəfinin Ukraynanı guya “işğal etməsi” ilə bağlı Qərbin isterik çaşqınlığının məqsədi təxribatdır.
Zaxarovanın sözlərinə görə, bu təxribat “ABŞ tərəfindən fəal şəkildə idarə olunur” və Ukrayna münaqişəsinin uzunmüddətdir ki, hazırlığından xəbər verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO