Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdə davam edən hərbi gərginlik fonunda ölkəsinin mövqeyini açıqlayıb. Bildirib ki, Fransa hazırda davam edən münaqişədə iştirak etmir.
Bizim.Media xəbər verir ki, o, bu bəyanatı Fransanın nüvə enerjisi ilə işləyən “Charles de Gaulle” təyyarədaşıyan gəmisinin göyərtəsində səsləndirib.
Dövlət başçısı daha əvvəl açıqlamışdı ki, Fransa bölgəyə əlavə hərbi qüvvələr göndərmək qərarına gəlib. Onun sözlərinə görə, regiona səkkiz freqat, iki amfibiya helikopterdaşıyan gəmi və “Charles de Gaulle” təyyarədaşıyan gəmisi yerləşdiriləcək.
Makron bunun məqsədinin bölgədə təhlükəsizliyin qorunması və vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq olduğunu vurğulayıb.
Bizim.Media






























































































