Livanda parlament seçkiləri təxirə salındı

Livanda parlament seçkiləri təxirə salındı

Hazırda oxunan: Livanda parlament seçkiləri təxirə salındı

600614

Livanda parlament seçkiləri iki il təxirə salınıb.

Bizim.Media Livanın NNA xəbər agentliyinə istinadla bildirir ki, bu barədə qərar parlamentdə Baş nazirin və hökumət üzvlərinin də qatıldığı iclasda qəbul edilib.

Qeyd edək ki, Livanda parlament seçkilərinin cari ilin may ayında keçirilməsi planlaşdırılırdı. Seçkilərin təxirə salınması məsələsi son hərbi gərginlikdən əvvəl də siyasi dairələrdə müzakirə olunurdu.
 

Buna səbəb seçki qanunu ilə bağlı daxili fikir ayrılıqları, xüsusilə də xaricdə yaşayan vətəndaşların səsverməsi üçün nəzərdə tutulan 16-cı seçki dairəsi məsələsi ətrafında yaranmış mübahisələrdir.


Bununla yanaşı, Qərb dairələrinin də seçkilərin təxirə salınmasını tövsiyə etdiyi bildirilir. Qeyd olunur ki, hazırkı mərhələdə əsas prioritet ölkədə qeyri-qanuni silahların dövlətə təhvil verilməsi prosesinin həyata keçirilməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO