Tramp Avstraliyaya SƏSLƏNDİ: “İranlı qadın futbolçulara sığınacaq verin”

Tramp Avstraliyaya SƏSLƏNDİ: “İranlı qadın futbolçulara sığınacaq verin”

Hazırda oxunan: Tramp Avstraliyaya SƏSLƏNDİ: “İranlı qadın futbolçulara sığınacaq verin”

600578

ABŞ Prezidenti Donald Tramp Avstraliya hökumətini İranın qadın futbol yığmasının oyunçularına sığınacaq verməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə "The Athletic" nəşri yazıb.

Bildirilib ki, İran yığması Asiya Kubokunun qrup mərhələsində Filippin yığmasına 0:2 hesabı ilə uduzaraq turniri tərk edib.
 

Bundan əvvəl İran dövlət televiziyasının aparıcısı Məhəmməd Rza Şahbazi himni oxumayan futbolçuları sərt tənqid etmiş və müharibə dövründə "xəyanətkarlarla daha sərt davranmaq lazım olduğunu" bildirmişdi. Bundan sonra Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FIFPro) FIFA və Asiya Futbol Konfederasiyasından (AFC) futbolçuların təhlükəsizliyini təmin etməyi xahiş edib.


Hazırda FIFA, AFC və Avstraliya hökuməti komandanın ölkədə qalma müddətinin uzadılması məsələsini müzakirə edir.

Məlumata görə, komanda üçün hələlik geridönüş uçuşu təşkil edilməyib. Filippinlə oyundan sonra İran yığmasının beş futbolçusu hoteldən ayrılıb. Onların Avstraliya federal polisi tərəfindən qorunan sığınacaqda olduğu bildirilir.

Donald Tramp, öz növbəsində "Truth Social" platformasında yazıb ki, futbolçuların İrana qaytarılması onların həyatı üçün təhlükəli ola bilər. O, mümkün deportasiyanı "dəhşətli humanitar səhv" adlandırıb və zərurət yaranarsa, ABŞ-nin də futbolçuları qəbul etməyə hazır olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO