Qətərdə saxta məlumat yayan 313 nəfər həbs edildi

Qətərdə saxta məlumat yayan 313 nəfər həbs edildi

Hazırda oxunan: Qətərdə saxta məlumat yayan 313 nəfər həbs edildi

600576

Qətər Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə ölkədəki cari vəziyyətlə bağlı "yanıldıcı" video çəkib yayımlayan və yalan məlumatlar paylaşan 313 nəfəri həbs edib.

Bizim.Media xəbər verir ki, Qətər DİN bu barədə "X" sosial şəbəkə hesabında məlumat yayıb.
 

Qeyd olunub ki, həbs olunanlara qarşı zəruri hüquqi və inzibati tədbirlər görülüb. Qurum vətəndaşları yalnız rəsmi mənbələrdən daxil olan məlumatlara inanmağa çağırıb.


Qətərin kibercinayətkarlıq haqqında qanununa görə, internetdə saxta məlumatların yayılmasına görə vətəndaşları 137 min dollara qədər cərimə və ya üç il müddətinə həbs gözləyir. Xarici vətəndaşlar bu cür cinayət törətdikdə ölkədən deportasiya edilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO