Britaniyalı siyasətçi Trampın həbsini tələb etdi - FOTO

Britaniyalı siyasətçi Trampın həbsini tələb etdi - FOTO

Hazırda oxunan: Britaniyalı siyasətçi Trampın həbsini tələb etdi - FOTO

600567

Böyük Britaniyanın tanınmış siyasətçilərindən biri, parlamentin sabiq üzvü Corc Qellouey ABŞ prezidenti Donald Tramp haqqında sərt bəyanatla çıxış edib. O, sosial şəbəkə X platformasında paylaşdığı mesajda Trampın davranışlarını kəskin tənqid edib.

Bizim.Media xəbər verir ki, Qellouey yazıb ki, Tramp artıq öz sözlərinə və hərəkətlərinə nəzarət edə bilmir.
 

“Tramp artıq nə sözlərinə, nə hərəkətlərinə, nə də düşüncələrinə nəzarət edir. O, ABŞ və bütün dünya üçün açıq və dərhal təhlükə yaradır”, – deyə britaniyalı siyasətçi bildirib.


O, həmçinin ABŞ rəhbərliyini Konstitusiyanın 25-ci düzəlişindən istifadə etməyə çağırıb. Qelloueyin sözlərinə görə, əgər prezident vəzifəsini yerinə yetirmək qabiliyyətini itirərsə, həmin düzəliş əsasında onun səlahiyyətləri məhdudlaşdırıla və ya vəzifədən uzaqlaşdırıla bilər.

“Onun kabinetdəki həmkarları ABŞ Konstitusiyasının 25-ci düzəlişini tətbiq etməlidirlər”, – deyə Qellouey qeyd edib.

Britaniyalı siyasətçi əlavə edib ki, əgər bu addım atılmazsa, ABŞ ordusu müdaxilə etməli və prezidenti zərərsizləşdirməlidir.
 

“Əks halda ordu onu saxlamalı və zərərsizləşdirməlidir”, – deyə Qellouey paylaşımında vurğulayıb.


Qelloueyin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və qısa müddətdə çox sayda istifadəçi tərəfindən paylaşılaraq gündəmə çevrilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO