ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın yeni ali lideri ABŞ-ın razılığını qazanmalıdır, əks halda uzun müddət hakimiyyətdə qala bilməyəcək.
Bizim.Media xəbər verir ki, o, bu barədə ABC News telekanalına müsahibəsində danışıb.
Trampın sözlərinə görə, Vaşinqton İran rəhbərliyində baş verən dəyişiklikləri diqqətlə izləyir.
“Yeni lider bizim razılığımızı almalıdır. Əgər o, bizdən razılıq almasa, uzun müddət davam gətirə bilməz. Biz istəyirik ki, hər 10 ildən bir bu məsələyə qayıtmalı olmayaq, xüsusilə də mənim kimi prezident olmadığı vaxtlarda”, – deyə Tramp bildirib.
ABŞ prezidenti bununla yanaşı qeyd edib ki, mövcud İran hakimiyyəti ilə əlaqəsi olan bir şəxsin də namizədliyini nəzərdən keçirə bilər. Onun sözlərinə görə, uyğun namizədlər kifayət qədərdir.
Tramp həmçinin iddia edib ki, İran bütün Yaxın Şərq regionuna nəzarəti ələ keçirməyi planlaşdırırdı və hücum hazırlığı görürdü. O, İranı “kağız pələng” adlandıraraq ABŞ-ın müxtəlif variantları nəzərdən keçirdiyini bildirib.
ABŞ lideri əlavə edib ki, İranın zənginləşdirilmiş uranını ələ keçirmək üçün ABŞ xüsusi təyinatlı qüvvələrinin göndərilməsi ehtimalı da istisna edilmir.
“Bütün variantlar masadadır. Hamısı”, – deyə Tramp vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:56 / 08.03.2026
Tramp: “Mənim razılığım olmadan İranın yeni lideri uzun müddət hakimiyyətdə qala bilməz”
Hazırda oxunan: Tramp: “Mənim razılığım olmadan İranın yeni lideri uzun müddət hakimiyyətdə qala bilməz”
Hazırda oxunan: Tramp: “Mənim razılığım olmadan İranın yeni lideri uzun müddət hakimiyyətdə qala bilməz”
600415
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































