İran rəhbərliyi daxilində ölkənin müdafiə strategiyası ilə bağlı fikir ayrılığı yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanə agentliyi mənbələrə istinadən yayıb.
Agentliyin məlumatına görə, daxili qarşıdurmanın əsas səbəblərindən biri İranın ali dini lideri Ayətullah Əli Xameneinin ölümü olub. Bildirilir ki, Xamenei sağlığında hakimiyyət daxilində müxtəlif qruplar arasında yaranan ziddiyyətləri müəyyən qədər balanslaşdırırdı.
Mənbələrin sözlərinə görə, İran rəhbərliyi ölkənin müdafiəsinə sadiq qalmaqda davam etsə də, bu müdafiənin hansı üsullarla həyata keçirilməli olduğu məsələsində fikir ayrılığı mövcuddur.
Sərt mövqeni müdafiə edənlərlə daha ehtiyatlı və praqmatik yanaşmanı dəstəkləyənlər arasında mübahisələr əvvəllər də var idi, lakin Xameneinin nüfuzu onları müəyyən çərçivədə saxlayırdı.
Sərt xətt tərəfdarları arasında əsasən İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandirləri və bəzi din xadimləri yer alır.
Məlumata görə, prezident Məsud Pezeşkianın Fars körfəzi ölkələrinə qarşı zərbələrdən imtina etməyə hazır olduqlarını bildirməsi güc strukturlarının ciddi narazılığına səbəb olub.
Belə ki, din xadimi və deputat Həmid Rəsai sosial şəbəkələrdə prezidentin mövqeyini sərt tənqid edərək bunu “peşəkar olmayan, zəif və qəbuledilməz” adlandırıb. İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhseni-Əjeyi də prezidentin sözlərini təkzib edərək bildirib ki, İran zərbələrə davam edəcək və lazım gəldikdə qonşu ölkələrdəki hədəfləri vuracaq.
Bundan sonra Pezeşkian öz mövqeyini dəqiqləşdirməyə məcbur olub və bildirib ki, İran yalnız öz ərazisinə hücumların həyata keçirildiyi ölkələrin ərazilərindəki hədəflərə zərbələr endirəcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:18 / 08.03.2026
Pezeşkian İranın güc strukturlarını qəzəbləndirib
Hazırda oxunan: Pezeşkian İranın güc strukturlarını qəzəbləndirib
Hazırda oxunan: Pezeşkian İranın güc strukturlarını qəzəbləndirib
600413
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































