İran Qadr, Emad və Kheibar Şikan raketlərini işə saldı - ANBAAN VİDEO

İran Qadr, Emad və Kheibar Şikan raketlərini işə saldı - ANBAAN VİDEO

Hazırda oxunan: İran Qadr, Emad və Kheibar Şikan raketlərini işə saldı - ANBAAN VİDEO

600411

İran “Həqiqi vəd – 4” əməliyyatının 28-ci dalğası çərçivəsində Qadr, Emad və Kheibar Şikan tipli ballistik raketlərin buraxıldığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İranın rəsmi xəbər agentliyi IRNA yayıb.

Məlumata görə, hücum zamanı müxtəlif tipli uzaqmənzilli raketlərdən istifadə olunub.

Qadr raketi

İran mediasının məlumatına əsasən, Qadr raketi çoxsaylı döyüş başlığı ilə təchiz olunub. Bildirilir ki, raketin döyüş hissəsi 10–20 döyüş blokundan ibarət ola bilər.

Emad raketi

Emad raketi isə təxminən 750 kiloqramdan 1 tona qədər döyüş başlığı ilə buraxılıb. Bu raket İranın uzunmənzilli ballistik raket sistemlərindən biri hesab olunur.

Kheibar Şikan raketi

İranın istifadə etdiyi digər raket Kheibar Şikan olub. Bu raket bərk yanacaqlı mühərrikə malikdir, maili buraxılış sistemi ilə işləyir, 1450 kilometrə qədər uçuş məsafəsinə malikdir.

Məlumata görə, Kheibar Şikan raketi daha əvvəl həyata keçirilən əməliyyatlarda yüksək dəqiqliklə hədəfləri vurması ilə seçilib və Fattah raketinin sələfi hesab olunur.

Regionda gərginliyin artdığı bir vaxtda İranın müxtəlif tipli ballistik raketlərdən istifadə etməsi Yaxın Şərqdə hərbi qarşıdurmanın daha da genişlənə biləcəyi ilə bağlı narahatlıqları artırır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO