Zelenski: “Ukrayna ərazilərini azad edir, Rusiyanın planları isə dəyişmir”

Zelenski: “Ukrayna ərazilərini azad edir, Rusiyanın planları isə dəyişmir”

Hazırda oxunan: Zelenski: “Ukrayna ərazilərini azad edir, Rusiyanın planları isə dəyişmir”

600392

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Ukraynanın yeni ərazilərini ələ keçirmək planlarından imtina etməyib.

Bizim.Media xəbər verir ki, o, bu barədə Kiyevdə Niderlandın baş naziri Rob Yetten ilə keçirdiyi birgə mətbuat konfransında danışıb.

Zelenskinin sözlərinə görə, Rusiyanın əsas hədəfi Ukraynanın şərqində yerləşən Donetsk və Luqansk vilayətlərini tam ələ keçirməkdir.

“Yaz hücumu ilə bağlı əsas məqsədlər dövlətimizin şərqidir – məhz Donetsk və Luqansk vilayətlərinin işğalı. Ümumilikdə onların planları dəyişməyib”, – deyə Zelenski bildirib.

Ukrayna lideri qeyd edib ki, Rusiyanın planları dəyişməsə də, hücumların gecikməsinin səbəbi Rusiya ordusunun mövcud qüvvə və vasitələrlə bu planları həyata keçirə bilməməsi və Ukrayna Silahlı Qüvvələrinin müqavimətidir.

Zelenski əlavə edib ki, Rusiya Zaporojye vilayəti və Donetsk ilə Zaporojye arasındakı istiqamətdə də hücum planları nəzərdən keçirir və gələcəkdə Dnepr istiqamətində irəliləmək niyyətindədir.

Prezident bildirib ki, Ukrayna Silahlı Qüvvələri son bir neçə ayda cənub istiqamətində mühüm müdafiə və əks-hücum əməliyyatları keçirib.

Onun sözlərinə görə, Ukrayna ordusu Rusiyanın planlarını pozmağa nail olub, son dövrdə təxminən 400–435 kvadrat kilometr ərazi üzərində nəzarət bərpa edilib.

Zelenski vurğulayıb ki, bu istiqamət hələ də çətin və gərgin bölgə olaraq qalır və Ukrayna hərbçiləri üçün vəziyyət asan deyil.

Ukraynadakı müharibə davam etdiyi bir vaxtda tərəflər arasında şiddətli döyüşlər və strateji ərazilər uğrunda mübarizə davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO