Birləşmiş Ərəb Əmirliklərinin yüksək vəzifəli rəsmisi İran ərazisinə zərbə endirilməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, The Jerusalem Post qəzetinə açıqlamasında bildirib.
Rəsmi qeyd edib ki, BƏƏ İranın duzsuzlaşdırma (su təmizləmə) zavoduna hücum etməyib.
Onun sözlərinə görə, ölkə heç vaxt mülki infrastrukturu hədəf almazdı və belə bir əməliyyat həyata keçirilsəydi, hədəf yalnız hərbi obyekt ola bilərdi.
İsrail ordusu da iştirakını təkzib etdi
Məlumata görə, İsrail Müdafiə Qüvvələri (IDF) də bu hücumda iştirak etmədiyini bildirib və yayılan məlumatların doğruluğunu təsdiqləməyib.
Xəbər əvvəlcə İsrail mediasında yayılmışdı
Bundan əvvəl İsrailin Ynet nəşri BƏƏ-nin İranın duzsuzlaşdırma kompleksinə zərbə endirdiyini iddia etmişdi.
Həmin xəbərdə bu addımın İranın BƏƏ-yə qarşı həyata keçirdiyi raket və pilotsuz uçuş aparatları hücumlarına cavab olduğu qeyd olunurdu.
Lakin son açıqlamalardan sonra bu məlumatların rəsmi şəkildə təsdiqlənmədiyi və təkzib olunduğu bildirilib. Regionda davam edən gərginlik fonunda belə xəbərlər Yaxın Şərqdə vəziyyətin daha da həssas olduğunu göstərir.
Bizim.Media





























































































