İsrail bir gündə İranda 400 hədəfi vurdu

İsrail bir gündə İranda 400 hədəfi vurdu

Hazırda oxunan: İsrail bir gündə İranda 400 hədəfi vurdu

600365

İsrail qırıcıları son sutka ərzində İranın qərbində və mərkəzində 400-dən çox hədəfə hava zərbələri endirib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, hücuma məruz qalan hədəflər arasında ballistik raketlərin buraxılış qurğuları və müxtəlif silahların istehsal obyektləri olub. Əməliyyat başlayandan bəri İsrail ərazisinin atəşə tutulmasını maksimum dərəcədə azaltmaq məqsədilə rejimin yüzlərlə buraxılış qurğusu, hava hücumundan müdafiə sistemləri, silah anbarları və digər obyektləri hücuma məruz qalıb.
 

"Financial Times" qəzeti qeyd edib ki, İranın hərbi potensialı ballistik raketlərin buraxılış qurğularından asılıdır. Onların vasitəsilə Tehran 2 min km-ə qədər məsafəyə zərbə endirə bilər. Bununla yanaşı, ABŞ və İsrail hərbi kampaniyanın lap əvvəlindən məhz bu qurğuların məhv edilməsinə diqqət cəmləyiblər.


Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı başlatdığını açıqlayıb. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO