İranda həlak olan ABŞ hərbçilərinin cənazələri vətənlərinə gətirildi - Tramp qarşıladı - VİDEO

İranda həlak olan ABŞ hərbçilərinin cənazələri vətənlərinə gətirildi - Tramp qarşıladı - VİDEO

Hazırda oxunan: İranda həlak olan ABŞ hərbçilərinin cənazələri vətənlərinə gətirildi - Tramp qarşıladı - VİDEO

600350

ABŞ və İsrailin İrana qarşı başladığı müharibə zamanı həlak olan 6 amerikalı hərbçinin cənazəsi ABŞ-a gətirilib.

Bizim.Media xəbər verir ki, cənazələr ölkənin Delaver ştatında yerləşən Dover Hərbi Hava Qüvvələri bazasında keçirilən xüsusi mərasimlə qarşılanıb.
 

Mərasimdə ABŞ prezidenti Donald Tramp, həyat yoldaşı Melania Tramp, vitse-prezident JD Vens və həyat yoldaşı Uşa Vens, həmçinin ABŞ müdafiə naziri Pit Heqset və digər yüksək vəzifəli hərbçilər iştirak ediblər. Mərasim zamanı hərbçilərin tabutları hərbi salamla qarşılanıb. Rəsmilər və hərbçilər həlak olan əsgərlərin xatirəsini ehtiramla yad ediblər.


Qeyd olunub ki, mərasim zamanı rəsmi çıxış edilməyib. ABŞ rəsmiləri həlak olan hərbçilərin ailələrinə başsağlığı veriblər.

ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlar regionda gərginliyi artırıb və tərəflər arasında qarşılıqlı hücumlar davam edir. ABŞ hərbçilərinin ölümü isə münaqişənin ABŞ üçün də ciddi itkilərlə müşayiət olunduğunu göstərir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO