Putini güclü lider adlandıran Ali Radanın deputatı Zelenskiyə meydan oxudu

Putini güclü lider adlandıran Ali Radanın deputatı Zelenskiyə meydan oxudu

Hazırda oxunan: Putini güclü lider adlandıran Ali Radanın deputatı Zelenskiyə meydan oxudu

60019

Müxalifət Platformasından Ali Radanın üzvü - "Həyat naminə" partiyasının funksioneri İlya Kiva Ukrayna prezidenti Vladimir Zelenskiyə öz Teleqramında həbs oluna biləcəyi ilə bağlı müraciət edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.

Parlamentarinin sözlərinə görə, siyasətçinin Rusiya prezidenti Vladimir Putini ad günü münasibəti ilə təbrik etməsindən sonra onun dövlətə xəyanət işi üzrə həbs oluna biləcəyi ilə bağlı “məlumat indi fəal şəkildə yayılır”. 

Deputatın qeyd etdiyi kimi, onun açıqlamalarında “separatizm” əlamətləri görüblər.

"Zelenski, sən zəif və qorxaqsan. Axmaqlığın, tamahkarlığın və qürurunla Ukraynanı ölümün və dağılmanın astanasına gətirdin. Mən qətiyyən sənin acınacaqlı sarsıntılarından və məni qanunsuz hərəkətlərə təhrik etmək cəhdlərindən qorxmuram. Məni cinayət məsuliyyətinə cəlb edin və ya fiziki cəhətdən aradan qaldırın! Mən öz prinsiplərimə və məqsədlərimə sadiq qalaraq, Ukrayna xalqıma təhlükə yaradan sizinlə mübarizəni davam etdirəcəyəm”, - Kiva bildirib.

Siyasətçi ölkədə müxalif medianın bağlanmasını və Ukraynanın rusdilli əhalisinə qarşı mübarizə aparan millətçilərin hökumət tərəfindən dəstəklənməsini xatırladıb.

Kiva vurğulayıb ki, Zelenski başda olmaqla hakimiyyət Kiyevin cinayətləri haqqında açıq danışan hər kəsi sistemli şəkildə məhv edir.

"Hər kəsin ağzınızı bağlaya bilməzsiniz. Buna vaxtınız çatmayacaq" deyə deputat bildirib. Xatırladaq ki, Kiva Rusiya prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edib, onu güclü lider adlandırıb və cansağlığı arzulayıb. 
Videomüraciət Ukrayna cəmiyyətində geniş rezonansa səbəb olub. Kiyev meri Vitali Kliçkonun UDAR partiyasının mətbuat xidməti bildirib ki, deputata qarşı “dövlətə xəyanət” maddəsi ilə iş açılıb. Daha sonra Kivanın evində axtarış aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO