Almaniya prezidentindən PUTİNƏ: \

Almaniya prezidentindən PUTİNƏ: \"Ukraynanın boynundakı ilgəyi boşalt\"

Hazırda oxunan: Almaniya prezidentindən PUTİNƏ: \"Ukraynanın boynundakı ilgəyi boşalt\"

59980

İkinci müddətə Almaniyanın prezidenti seçilən Frank-Valter Ştaynmayer Rusiya dövlətinin başçısı Vladimir Putinə səslənib və Ukrayna ilə bağlı münaqişənin sülh yolu ilə həllinə başlamağa çağırıb. 

Bizim.Media “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, siyasətçi belə bir bəyanatla Federal Məclisdə yenidən prezident seçildikdən sonra çıxış edib.
 

MÖVZU İLƏ BAĞLI:

Frank-Valter Ştaynmayer yenidən Almaniya prezidenti seçildi


“Mən prezident Putinə müraciət edirəm. Ukraynanın boynundakı ilgəyi boşaldın, bizimlə Avropada sülhü qoruyacaq yol axtarın”, - Ştaynmayer vurğulayıb.

Almaniya prezidenti təhlükənin ciddiliyi barədə xəbərdarlıq edib: “Biz Şərqi Avropada müharibə, hərbi münaqişə təhlükəsi ilə üz-üzəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO