Zelenski Avropa İttifaqına səsləndi: Rusiyaya qarşı dərhal sanksiyalar tətbiq edin

Zelenski Avropa İttifaqına səsləndi: Rusiyaya qarşı dərhal sanksiyalar tətbiq edin

Hazırda oxunan: Zelenski Avropa İttifaqına səsləndi: Rusiyaya qarşı dərhal sanksiyalar tətbiq edin

0:00
0:00
59978

Ukrayna prezidenti Vladimir Zelenski Avropa İttifaqını Rusiyaya qarşı qabaqlayıcı sanksiyalar tətbiq etməyə çağırıb.

Bizim.Media Ukrayna prezidentinin ofisinin saytına istinadən xəbər verir ki, o, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel ilə telefon danışığı zamanı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski Putinə meydan oxudu: "Biz heç kimdən qorxmuruq"


“Ukrayna prezidenti həmçinin Kremlin aqressiv niyyətlərinin qarşısını almaq üçün Rusiya Federasiyasına qarşı qabaqlayıcı sanksiyaların tətbiq edilməsinin zəruriliyini bəyan edib”, - Zelenskinin ofisindən bildirilib.

Eyni zamanda, Ukrayna dövlətinin başçısı qeyd edib ki, Kiyev “münaqişənin siyasi və diplomatik yolla həllinin” tərəfdarıdır: “Biz təxribatlara boyun əyməyəcəyik”.

Onun sözlərinə görə, Kiyev bütün riskləri anlayır və “istənilən ssenarinin inkişafına” hazırdır. “Amma biz 2014-cü ildən bu vəziyyətdəyik. Bu gün isə bizim üçün ən böyük düşmən panikadır”, - deyə prezident əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO