İsrail prezidenti Trampı təriflədi: “Cəsarətli addım atıb”

İsrail prezidenti Trampı təriflədi: “Cəsarətli addım atıb”

Hazırda oxunan: İsrail prezidenti Trampı təriflədi: “Cəsarətli addım atıb”

599773

İsrail prezidenti İsxak Hersoq ABŞ prezidenti Donald Trampın İrana zərbə endirmək qərarını “unikal dərəcədə cəsarətli” adlandırıb. 

Bizim.Media xəbər verir ki, o, bunu CBS telekanalına müsahibəsində bildirib. 
 

Hersoqdan bu qərarın Trampa məxsus olub-olmadığı soruşulduqda isə o bildirib ki, İsrail ABŞ prezidentinə heç nə diktə etmir və “Amerikanı müharibəyə cəlb etmir”.


İsrail prezidenti ABŞ və İsrail arasında koordinasiyanın “son dərəcə sıx” olduğunu qeyd edib, lakin detalları açıqlamayıb. O bunu “əməliyyat qərargahında olmadığı” ilə izah edib. 

Qeyd edək ki, İsrail prezidenti əsasən simvolik və mərasim xarakterli funksiyalar yerinə yetirir və operativ hərbi qərarların qəbulunda iştirak etmir.

Hersoq, həmçinin ABŞ-da bu müharibənin populyar olmadığını başa düşdüyünü bildirib.

“Adətən insanlar müharibənin incəliklərini anlamırlar, onu əvvəlki və digər müharibələrlə müqayisə edirlər. Bu isə fərqli bir müharibədir. Bu, məqsədyönlü müharibədir. Bu, Yaxın Şərqdə gələcək naminə real dəyişikliklərə nail olmaq imkanı yaradan bir müharibədir”, – deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO