İsrail kəşfiyyatının rəhbəri Türkiyəyə gəlib - İSRAİL televiziyası bəzi detalları açıqladı

İsrail kəşfiyyatının rəhbəri Türkiyəyə gəlib - İSRAİL televiziyası bəzi detalları açıqladı

Hazırda oxunan: İsrail kəşfiyyatının rəhbəri Türkiyəyə gəlib - İSRAİL televiziyası bəzi detalları açıqladı

59947

İsrailin Mossad xarici kəşfiyyat xidmətinin rəhbəri David Barnea bu yaxınlarda Türkiyəyə səfər edib və orada israilli iş adamı Yair Gellerə qarşı sui-qəsd cəhdinin araşdırılması ilə əlaqədar Türkiyə əks-kəşfiyyatının rəhbərliyi ilə görüşüb. 

Bizim.Media İsrailin 12-ci telekanalına istinadən  xəbər verir ki, Barnea MİT rəhbəri Hakan Fidanla görüşüb.

Türkiyə mediası ötən həftə İsrailin yüksək rütbəli rəsmilərinin, o cümlədən təhlükəsizlik xidmətinin rəhbərlərindən birinin ölkəyə səfəri barədə məlumat yayıb. Amma konkret adlar verilməyib.

Kanal 12-nin reportajında qeyd olunub ki, hətta Mossad-a Yossi Koenin rəhbərlik etdiyi günlərdə də İsrail kəşfiyyat xidmətləri MİT ilə işgüzar əlaqələr qurub.

Birgə səylərlə Türkiyədə ən azı 12 terror aktının qarşısı alınıb.

Cümə günü, fevralın 11-də Türkiyənin “Sabah” nəşri MİT əməkdaşlarının İran xüsusi xidmət orqanlarının israilli iş adamı Yair Gellerə qarşı sui-qəsd cəhdinin qarşısını aldığını yazıb.

MİT-in məlumatına görə, Gellerin qətli 2020-ci ilin noyabrında öldürülən nüvə fiziki Möhsün Fəxrizadənin qisasının alınması məqsədilə planlaşdırılıb.

Bundan əlavə, iranlılar bir israillinin ölümünün Ankara ilə Qüds arasında əlaqələrin qurulması prosesinə mənfi təsir göstərəcəyini gözləyirdilər.

“Sabah” yazır ki, Türkiyə kəşfiyyat orqanları Gellerin qətlini planlaşdıran qruplaşmanın 9 üzvünü saxlayıb. 75 yaşlı Yair Geller İsrail və Türkiyə vətəndaşıdır.

Onun biznes maraqları silahlar və müdafiə texnologiyalarıdır və o, “CNC Advanced Technology and Engineering” şirkətinin sahibidir.

İsrail mediası xatırladır ki, o, əsasən İstanbulda yaşayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO