Şuşa Bəyannaməsi xalqlarımızın gələcəyi üçün çox vacibdir, çünki bu bəyannamə ilə Azərbaycan və Türkiyə arasında münasibətlər tamamilə yeni səviyyəyə qalxır.
Bizim.Media xəbər verir ki, bu barədə bazar günü TurkicWorld-ə Türkiyə Prezident Administrasiyasından məlumat verilib.
“Şuşa Bəyannaməsi dünənki, bugünkü Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrini əhatə etməklə, onları möhkəm əsaslarla gələcəyə aparan bir bəyannamədir”, - deyə Administrasiyadan bildirilib.
Prezident Administrasiyası həmçinin qeyd edib ki, bəyannaməyə əsasən, Azərbaycan və Türkiyə Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, o cümlədən region ölkələri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün, əməkdaşlığın təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər.
Xatırladaq ki, ötən il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi hər iki ölkənin parlamentləri tərəfindən təsdiq edilib.
Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi haqqında Qanunu imzalayıb.
Cümə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının nümayəndə heyəti ilə görüşü zamanı Şuşa Bəyannaməsinin qüvvəyə minməsi ilə bağlı müvafiq qərara imza atıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:39 / 13.02.2022
Türkiyə Prezident Administrasiyasından Şuşa Bəyannaməsi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Türkiyə Prezident Administrasiyasından Şuşa Bəyannaməsi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Türkiyə Prezident Administrasiyasından Şuşa Bəyannaməsi ilə bağlı AÇIQLAMA
59932
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.