35 ölkə öz vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə etdi

35 ölkə öz vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə etdi

Hazırda oxunan: 35 ölkə öz vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə etdi

59923

Son 24 saat ərzində öz vətəndaşlarına Ukraynanı tərk etməyi tövsiyə edən ölkələrin sayı kəskin artıb. Artıq 35 ölkənin vətəndaşlarına tövsiyələr verilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Pool No 3” Teleqram kanalı yayıb.

MÖVZU İLƏ BAĞLI:

Böyük Britaniya vətəndaşlarına SƏSLƏNDİ - Ukraynanı tərk edin

Bu ölkələrdən vətəndaşlarına xəbərdarlıq: "UKRAYNANI TƏRK EDİN!" - SİYAHI


Nəşr xatırladır ki, bir gün əvvəl 20-yə yaxın ölkə öz vətəndaşlarına hərbi münaqişə təhlükəsi ilə bağlı Ukrayna ərazisini tərk etməyi tövsiyə etmişdi.

Onların arasında Avstraliya, Böyük Britaniya, Latviya, İsrail, Kanada, Yunanıstan, Yeni Zelandiya, Niderland, Norveç, ABŞ, həmçinin Finlandiya, Monteneqro, Estoniya, Cənubi Koreya, Yaponiya, Belçika, Almaniya və Litva var.

Siyahıya bir gecədə Küveyt, İraq, İtaliya, İspaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, İsveç, Sloveniya, İordaniya, Fələstin, Mərakeş, Lüksemburq, Baham adaları, həmçinin Şimali Makedoniya, Albaniya, Bolqarıstan, Bəhreyn və Kipr qoşulub.

Eyni zamanda, Aİ-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Josep Borrell Aİ-nin Ukraynadakı diplomatik nümayəndəliklərini bağlamayacağını bildirib.

Fevralın 11-də ABŞ dövlət katibi Rusiyanın Ukraynaya hər an işğala başlaya biləcəyini bildirib və ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya “işğal” tarixi kimi fevralın 16-nı göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO