Netanyahu MÜRACİƏT yayıb: “İranı azadlığa qovuşdurmağın vaxtı gəlib çatdı” - VİDEO

Netanyahu MÜRACİƏT yayıb: “İranı azadlığa qovuşdurmağın vaxtı gəlib çatdı” - VİDEO

Hazırda oxunan: Netanyahu MÜRACİƏT yayıb: “İranı azadlığa qovuşdurmağın vaxtı gəlib çatdı” - VİDEO

598804

“Bizim hərəkətlərimiz cəsarətli İran xalqının taleyini öz əlinə almasına şərait yaradacaq”.

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu hərbi əməliyyatların başlaması ilə bağlı xalqa müraciətində deyib.

O, İrana qarşı başladılan hərbi əməliyyatı “Şirin nərəsi” adlandırıb. Netanyahu hərbi əməliyyatların bir neçə gün davam edəcəyini bəyan edib.

Onun sözlərinə görə, “İsrail və ABŞ İrandakı terror rejiminin ekzistensial təhlükəsini aradan qaldırmaq üçün əməliyyata başlayıb”.

“47 ildir Ayətullah rejimi "İsrailə ölüm", "Amerikaya ölüm" deyə qışqırır. Qanımızı tökdülər, bir çox amerikalıları öldürdülər və xalq arasında qırğınlar törətdilər.
 

Bu ölümcül terror rejiminin bütün bəşəriyyəti təhdid etməyə imkan verəcək nüvə silahı ilə silahlanmasına icazə verilməməlidir. Bizim (ABŞ-la) birgə hərəkətlərimiz cəsarətli İran xalqının taleyini öz əlinə almasına şərait yaradacaq. İran xalqının bütün üzvlərini zülmdən qurtarmağın, İranı azadlığa və barışa qovuşdurmağın vaxtı gəlib çatdı.


İsrail vətəndaşları, mən sizə müraciət edirəm! Arxa komandanlığın göstərişlərinə əməl edin, yaxın günlərdə "Şirin nərəsi" əməliyyatında hamımıza dözüm və cəsarət lazımdır”, - Netanyahu qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO