Zelenski Ukrayna-Rusiya-ABŞ formatında növbəti görüşün TARİXİNİ AÇIQLADI

Zelenski Ukrayna-Rusiya-ABŞ formatında növbəti görüşün TARİXİNİ AÇIQLADI

Hazırda oxunan: Zelenski Ukrayna-Rusiya-ABŞ formatında növbəti görüşün TARİXİNİ AÇIQLADI

598552

“Ukrayna-Rusiya-ABŞ formatında növbəti görüş, böyük ehtimalla, martın əvvəlində BƏƏ-də keçiriləcək”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib.

“Artıq növbəti üçtərəfli formatla bağlı daha çox hazırlıq var. Görüşün böyük ehtimalla Əmirliklərdə, Əbu-Dabidə keçirilməsi gözlənilir. Formatın martın əvvəlində baş tutacağını düşünürük.
 

Real təhlükəsizlik təminatları üçün əldə olunan bütün razılaşmaları yekunlaşdırmaq və liderlər səviyyəsində görüşü hazırlamaq lazımdır. Məhz belə format bir çox məsələləri həll edə bilər.


Nəticə etibarilə əsas qərarları liderlər verir və söhbət Rusiya kimi personalist rejimdən gedirsə, bu amil digər ölkələrlə müqayisədə daha böyük əhəmiyyət daşıyır”, — deyə Ukrayna prezidenti deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO