Qazaxıstanın Baş Prokurorluğu Aleksey Navalnının Sankt-Peterburq qərargahının keçmiş könüllüsü Yuliya Yemelyanovanın Rusiyaya ekstradisiyasını müvəqqəti dayandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Kovçeq” layihəsi vəkilə istinadən məlumat yayıb.
Ekstradisiya prosesi Qazaxıstan hakimiyyət orqanlarının onun qaçqın statusu verilməsi ilə bağlı müraciətinə baxılana qədər dayandırılıb.
Yemelyanova 2025-ci ilin sentyabrında Almatı hava limanında tranzit zamanı saxlanılıb. Bildirilir ki, o, əmlak xarakterli cinayətdə şübhəli bilinərək dövlətlərarası axtarışa verilib. “Mediazona”nın məlumatına görə, fəal 2022-ci ilin iyulunda Sankt-Peterburqda oğurluq maddəsi ilə cinayət işi açıldıqdan sonra Rusiyanı tərk edib.
İstintaq iddia edir ki, 2021-ci ilin avqustunda Yemelyanova taksi sürücüsünə məxsus 12 min rubl dəyərində mobil telefonu oğurlayıb. Rusiya Antimüharibə Komitəsi isə işi saxtalaşdırılmış hesab edir.
2026-cı ilin yanvarının sonunda istintaq təcridxanasında saxlanılan Yemelyanovaya Rusiyaya ekstradisiyanın təsdiqlənməsi barədə qərar təqdim edilsə də, sonradan bu qərarın icrası dayandırılıb.
Bizim.Media



































































































