Orban: “Macarların günahı yoxdur, Ukraynanın özü bu vəziyyətə düşüb”

Orban: “Macarların günahı yoxdur, Ukraynanın özü bu vəziyyətə düşüb”

Hazırda oxunan: Orban: “Macarların günahı yoxdur, Ukraynanın özü bu vəziyyətə düşüb”

598464

Macarıstanın baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskiyə açıq məktub ünvanlayaraq “Drujba” neft kəmərinin bərpasını tələb edib. Həmin kəmər vasitəsilə Macarıstan və Slovakiya Rusiya nefti alır.

Bizim.Media xəbər verir ki, bu barədə “meduza.io” saytı yazıb.

Orban məktubunda qeyd edib ki, Zelenski artıq dörd ildir Macarıstan hökumətinin və xalqının Rusiya–Ukrayna müharibəsi ilə bağlı mövqeyini qəbul etmir və Budapeşti müharibəyə cəlb etməyə çalışır.
 

“Son günlər siz Macarıstanın enerji təchizatı üçün həyati əhəmiyyət daşıyan “Drujba” neft kəmərini bağlamısınız. Sizin hərəkətləriniz Macarıstanın maraqlarına ziddir və macar ailələrinin təhlükəsiz və əlçatan enerji təminatını təhlükə altına qoyur. Buna görə də sizi anti-macar siyasətinizə yenidən baxmağa çağırıram”, — deyə Orban bildirib.


O əlavə edib ki, macarlar Ukraynanın düşdüyü vəziyyətdə günahkar deyil, Ukrayna xalqına rəğbət bəsləyirlər, lakin müharibədə iştirak etmək istəmirlər və döyüş əməliyyatlarını maliyyələşdirməyə hazır deyillər.

Orban Zelenskini “Drujba” kəmərini dərhal açmağa” və “Macarıstanın enerji təhlükəsizliyinə təhdid yarada biləcək addımlardan çəkinməyə” çağırıb.

Qeyd edək ki, Slovakiya və Macarıstana Rusiya neftinin tranziti yanvarın 27-də dayanıb. Ukrayna tərəfi bunu Lvov vilayətində kəmərin obyektlərindən birinə Rusiya dronunun zərbəsi ilə izah edib. Macarıstan və Slovakiya isə Kiyevi “düşmən hərəkətlərdə” ittiham ediblər. Budapeşt həmçinin Avropa İttifaqının Rusiyaya qarşı planlaşdırılan 20-ci sanksiya paketini və Kiyevə 90 milyard avro kredit ayrılması təşəbbüsünü bloklayıb.

Ukrayna müvəqqəti alternativ kimi Odessa–Brodi neft kəmərindən istifadəni təklif edib.

Avropa Komissiyasının rəhbəri Ursula von der Lyayen kəmərə endirilən zərbəni pisləyib və Ukraynanı təmir işlərini sürətləndirməyə çağırıb.

Slovakiyanın İqtisadiyyat Nazirliyi Ukraynadan “Drujba” üzrə neft nəqlinin fevralın 26-na qədər bərpa ediləcəyi barədə bildiriş aldıqlarını açıqlasa da, “RBC-Ukraina”nın mənbəsi bu məlumatın həqiqəti əks etdirmədiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO