Ömər Bolat: "Şirkətlərimiz Azərbaycanda 18 milyard dollar dəyərində tikinti layihələrini tamamlayıb"

Ömər Bolat: "Şirkətlərimiz Azərbaycanda 18 milyard dollar dəyərində tikinti layihələrini tamamlayıb"

Hazırda oxunan: Ömər Bolat: "Şirkətlərimiz Azərbaycanda 18 milyard dollar dəyərində tikinti layihələrini tamamlayıb"

598437

Türkiyə şirkətləri Azərbaycanda 500-dən çox tikinti layihəsini tamamlayıb.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömer Bolat Gürcüstanın Kaxetiya regionunda keçirilən VII Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, bu layihələrin ümumi dəyəri 18 milyard ABŞ dollarına yaxın olub. O, xüsusilə Azərbaycanın Qarabağda qazandığı qələbədən sonra bu bölgənin bərpası istiqamətində həyata keçirilən böyük infrastruktur və yenidənqurma layihələrini qeyd edib.
 

Ö. Bolat Türkiyə tikinti sektorunun xarici layihələrdə fəal iştirak etdiyini və regional əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Nazir bildirib ki, Türkiyə inşaat şirkətləri Gürcüstanda ümumilikdə 305 layihəni həyata keçirib ki, bunların da ümumi dəyəri 3,5 milyard ABŞ dolları təşkil edir.


O qeyd edib ki, gələcəkdə də Türkiyə, Azərbaycan və Gürcüstan arasında nəqliyyat, enerji və turizm sahələrində əməkdaşlığın davam etdirilməsi planlaşdırılır: "Bu əməkdaşlıq regionun iqtisadi inkişafına mühüm töhfə verir". (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO