ABŞ Prezidenti Donald Trampın yüksək səviyyəli müşavirləri hesab edirlər ki, Vaşinqton hərəkətə keçməzdən əvvəl İsrail İrana zərbə endirməlidir.
Bizim.Media xəbər verir ki, bu barədə iki administrasiya rəsmisi Politico nəşrinə məlumat verib.
Onların fikrincə, İsrailin mümkün hücumu İranın cavab addımı atmasına səbəb olacaq və bu, ABŞ-ın potensial hərbi müdaxiləsinə Amerika ictimaiyyətində daha geniş dəstək yarada bilər.
Sorğular göstərir ki, amerikalıların əksəriyyəti İranda rejim dəyişikliyini dəstəkləsə də, ABŞ hərbçiləri arasında itkilərə hazır deyil.
Politico-nun mənbələrindən biri bildirib: “Siyasət daha effektiv olar, əgər ilk addımı İsrail atsın və İran cavab versin”.
Bununla yanaşı, ABŞ İslam Respublikası ilə nüvə proqramı üzrə danışıqları davam etdirir. Növbəti raundun fevralın 26-da Cenevrədə keçirilməsi planlaşdırılır. Lakin diplomatik həllə ümidlər azalır.
Administrasiya eyni zamanda sursat ehtiyatlarının tükənməsi riskini və ABŞ hərbçilərinin mümkün itkilərini də nəzərə alır. Qeyd olunur ki, amerikalı hərbçilər İsrailin “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi ilə qorunmur.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:55 / 26.02.2026
“ABŞ istəyir ki, İrana ilk zərbəni İsrail endirsin” – Politico
Hazırda oxunan: “ABŞ istəyir ki, İrana ilk zərbəni İsrail endirsin” – Politico
Hazırda oxunan: “ABŞ istəyir ki, İrana ilk zərbəni İsrail endirsin” – Politico
598413
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































