Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Qalatasaray”ı UEFA Çempionlar Liqasında “Yuventus” üzərində qələbə (7:5) qazanaraq 1/8 finala yüksəlməsi münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, İtaliyanın Turin şəhərində yerləşən “Allianz” stadionunda keçirilən oyundan sonra Ərdoğan sarı-qırmızılı komanda ilə telefon əlaqəsi saxlayıb.
Prezident Ərdoğan oyundan sonra baş məşqçi Okan Burukla telefon danışıb:
“Qalatasaray” növbəti mərhələyə yüksəldi. Bu, ölkəmiz üçün çox, çox böyük bir uğurdur. Gözlərinizdən öpürəm”.
Okan Buruk isə cavabında bildirib: “Biz də çox xoşbəxtik. Bu, sizin üçün ad günü hədiyyəsidir, cənab Prezident”.
Ərdoğan futbolçu Barış Alper Yılmazla da danışıb: “53”-lə lazım olanı etdin. Əla iş gördün. Gözlərindən öpürəm”.
Qeyd edək ki, “53” Ərdoğan və Yılmazın doğulduğu Rizenin dövlət qeydiyyat nişanının nömrəsidir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:07 / 26.02.2026
Ərdoğan “Qalatasaray”ı təbrik etdi – VİDEO
Hazırda oxunan: Ərdoğan “Qalatasaray”ı təbrik etdi – VİDEO
Hazırda oxunan: Ərdoğan “Qalatasaray”ı təbrik etdi – VİDEO
598377
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































