Yunanıstanda Azərbaycan vətəndaşı SAXLANILDI: Miqrant daşıyırmış

Yunanıstanda Azərbaycan vətəndaşı SAXLANILDI: Miqrant daşıyırmış

Hazırda oxunan: Yunanıstanda Azərbaycan vətəndaşı SAXLANILDI: Miqrant daşıyırmış

598320

Yunanıstanın Sahil Mühafizəsi Azərbaycan vətəndaşını saxlayıb. O, Egey dənizində yerləşən Lesbos adasına Türkiyədən qeyri-qanuni miqrantları daşımaqda şübhəli bilinib.

Bizim.Media xəbər verir ki, yunan KİV-lərinin məlumatına görə, 39 yaşlı Azərbaycan vətəndaşı ötən gün səhər saatlarında Türkiyədən 15 kişi, 4 qadın və 12 uşaq (üçüncü ölkə vətəndaşları da daxil olmaqla) ilə birlikdə qayıqla Lesbos adasına gəlib və onları sahilə çıxarıb. Qayıdarkən isə sahil mühafizəsi tərəfindən saxlanılıb.

Qeyd olunur ki, Türkiyədən Yunanıstana qeyri-qanuni miqrantların daşınmasında Azərbaycan vətəndaşlarının iştirakı vaxtaşırı üzə çıxıb.
 

Yunanıstanda insan alveri ilə məşğul olan və Türkiyədə yerləşən beynəlxalq cinayət şəbəkəsi ilə əlaqəli onlarla Azərbaycan vətəndaşı artıq saxlanılıb. Onların əksəriyyətinin 19-22 yaş arası gənclər olduğu bildirilir.


Hadisə ilə bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO