Yaponiyada uçan avtomobilin ilk sınaq uçuşu keçirildi – VİDEO

Yaponiyada uçan avtomobilin ilk sınaq uçuşu keçirildi – VİDEO

Hazırda oxunan: Yaponiyada uçan avtomobilin ilk sınaq uçuşu keçirildi – VİDEO

598272

Tokioda Yaponiyanın SkyDrive şirkəti tərəfindən hazırlanmış SkyDrive SD-05 uçan avtomobilinin ilk sınaq uçuşu baş tutub.

Bizim.Media xəbər verir ki, sınaq uçuşu aparatın məhdud ərazidə — o cümlədən binaların damlarında və şəhər şəraitində dar ərazilərdə qalxıb-enə bilmə imkanını nümayiş etdirib.
 

Gələcəkdə bu cür nəqliyyat vasitələrinin iri ticarət mərkəzlərinin damlarında, dayanacaqlarda və vağzalların qarşısındakı meydanlarda yerləşdirilməsi planlaşdırılır. Bu isə hava nəqliyyatını daha əlçatan edə bilər.


SkyDrive şirkətinin baş direktoru Tomohiro Fukudzava bildirib ki, uçuşun qiyməti taksi xidmətindən təxminən iki dəfə baha, səfər müddəti dörd-beş dəfə qısa olacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO