Bütün dünyaya bəs edəcək qızıl ehtiyatı tapıldı - FOTO

Bütün dünyaya bəs edəcək qızıl ehtiyatı tapıldı - FOTO

Hazırda oxunan: Bütün dünyaya bəs edəcək qızıl ehtiyatı tapıldı - FOTO

598183

Cənubi Amerika ölkəsi olan Surinamda Kanadanın dağ-mədən şirkəti tərəfindən aparılan qazıntı işləri nəticəsində sənaye standartlarından qat-qat yüksək saflığa malik nəhəng qızıl damarı aşkar edilib. Mütəxəssislərin fikrincə, bu kəşf ölkə iqtisadiyyatını tamamilə dirçəldə bilər.

Bizim.Media xəbər verir ki, "Founders Metals" şirkətinin Maria Geralda sahəsində apardığı qazıntılarda 22,5 metr dərinlikdə hər tonda 11,88 qram qızıl aşkar edilib.
 

Dağ-mədən sektorunda hər tonda 10 qram qızıl "yüksək keyfiyyət" həddi hesab olunur ki, bu kəşf həmin limiti də keçib. Qızıl yatağı dünyanın ən zəngin mədən qurşaqlarından biri sayılan və 1,7 milyard illik geoloji keçmişə malik "Guiana Shield" bölgəsində yerləşir.


Ehtiyatın həm böyüklüyü, həm də qızılın saflıq dərəcəsi beynəlxalq ekspertlərin diqqətini cəlb edib. Bildirilir ki, yerin altındakı fay xətləri boyunca yaranan çatların zamanla kvars və qızıl tərkibli mayelərlə dolması bu yüksək keyfiyyəti təmin edib.

Əvvəllər heç vaxt qazıntı aparılmamış bu ərazidə tapılan qızıl damarı Surinamın dünya mədən bazarındakı mövqeyini kökündən dəyişdirə bilər. (Milli.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO