Almaniyanın müdafiə naziri Trampı İTTİHAM ETDİ: “Putinin mövqelərini gücləndirir”

Almaniyanın müdafiə naziri Trampı İTTİHAM ETDİ: “Putinin mövqelərini gücləndirir”

Hazırda oxunan: Almaniyanın müdafiə naziri Trampı İTTİHAM ETDİ: “Putinin mövqelərini gücləndirir”

598116

Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ prezidenti Donald Trampı Vladimir Putinə və Ukraynadakı müharibəyə münasibətdə apardığı strategiyaya görə tənqid edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə “Deutschlandfunk” radiosunun efirində danışıb.
 

Onun sözlərinə görə, Amerika prezidentinin addımları münaqişənin gedişinə təsir göstərib və Putinin özünəinamını artırıb.


Pistorius qeyd edib ki, Tramp “Rusiya lideri qarşısında qırmızı xalça sərib” və Ukraynaya hərbi dəstəyi dayandırmaqla yanlış siqnallar göndərib.

Nazir, həmçinin Ukraynanın NATO-ya üzvlüyü məsələsinin danışıqlar gündəmindən vaxtından əvvəl çıxarılmasını səhv adlandırıb. Onun fikrincə, bu məsələ mümkün danışıqlarda mühüm təsir aləti kimi istifadə oluna bilərdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO