Çin Ukraynada sülhün bərqərar olunmasına yönəlmiş bütün təşəbbüsləri dəstəkləyir və Rusiya-Ukrayna münaqişəsinin tərəflərini yaranmış fürsətdən istifadə edərək dialoqa başlamağa, hərtərəfli və hüquqi baxımdan məcburi razılaşma əldə etməyə çağırır.
Bizim.Media xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin brifinqdə bildirib.
“Son günlər dialoq üçün qapılar açılıb və ümid edirik ki, bütün tərəflər bu imkandan istifadə edərək hərtərəfli, uzunmüddətli və məcburi xarakter daşıyan sülh sazişinə nail olacaqlar”, – deyə Mao Nin vurğulayıb.
O qeyd edib ki, Çinin “Ukrayna böhranı” ilə bağlı mövqeyi ardıcıl və aydındır: Pekin hesab edir ki, münaqişənin dayandırılmasının yeganə real yolu siyasi tənzimləmədir.
Diplomatın sözlərinə görə, Çin sülhün bərqərar olunmasına xidmət edən istənilən təşəbbüsü dəstəkləyir. Mao Nin həmçinin vurğulayıb ki, Çin Avropadakı münaqişənin tərəfi deyil və başlanğıcdan etibarən obyektiv və ədalətli mövqe sərgiləyib.
“Çin beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək böhranın siyasi həllinin təşviqində konstruktiv rol oynamağa hazırdır”, – deyə o əlavə edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:03 / 24.02.2026
Çin rəsmisi Pekinin “Ukrayna böhranı” ilə bağlı mövqeyini AÇIQLADI
Hazırda oxunan: Çin rəsmisi Pekinin “Ukrayna böhranı” ilə bağlı mövqeyini AÇIQLADI
Hazırda oxunan: Çin rəsmisi Pekinin “Ukrayna böhranı” ilə bağlı mövqeyini AÇIQLADI
598092
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































