Kirkorovun lüks mənzillərinə görə yarım milyondan çox borcu var – VİDEO

Kirkorovun lüks mənzillərinə görə yarım milyondan çox borcu var – VİDEO

Hazırda oxunan: Kirkorovun lüks mənzillərinə görə yarım milyondan çox borcu var – VİDEO

598065

Rusiyanın Xalq artisti Filipp Kirkorovun yarım milyon rubldan çox kommunal borcu yaranıb.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, o, ötən ildən bəri Moskvanın mərkəzində bir milyard rubldan çox dəyəri olan lüks mənzillərinin pulunu ödəmir.

58 yaşlı sənətçinin Moskvanın mərkəzində ümumi dəyəri 1,3 milyard rubldan çox olan səkkiz mənzili var. Kirkorovun 1,15 milyard rubl dəyərində üç mülkü Arbat küçəsinin yaxınlığında, Filippovski zolağında yerləşir: 650 milyon rubl dəyərində 537 metrlik penthaus və birinci mərtəbədə hər biri 480 milyon rubl dəyərində olan iki bitişik mənzil: 209 m² və 190 m².

Kirkorovun orada 20 milyon rubl dəyərində iki parkinq yeri də var. Müğənninin bütün bu dəbdəbəyə görə hazırda 456 min rubl kommunal borcu var.

Pop kralının 180 milyon rubl dəyərində beş mənzildən ibarət daha sadə evi Moskvanın Taqanski rayonundakı Zemlyanoy Valdakı binada yerləşir.

İkinci mərtəbədəki üç mənzil birləşib, ümumi sahəsi 205 kvadratmetrdir. Bitişik binada, üçüncü mərtəbədə, Kirkorov daha iki mənzili birləşdirərək cəmi 135 kvadratmetr sahə yaradıb.

Kirkorovun bu mənzilə görə 65 min rubl borcu var.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO