Orban: "Ukraynaya yardım ayrılmasına imkan verməyəcəyik"

Orban: "Ukraynaya yardım ayrılmasına imkan verməyəcəyik"

Hazırda oxunan: Orban: "Ukraynaya yardım ayrılmasına imkan verməyəcəyik"

598039

Macarıstan neft blokadasında Ukraynaya kömək etməyəcək və ona son qoyacaq, Brüssel və Kiyev buna əmin ola bilər.

Bizim.Media xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bu barədə özünün sosial media hesabında yazıb.

Macarıstanı Rusiya neftinə çıxış imkanlarından məhrum etmək cəhdlərini “neft blokadası” adlandıran hökumət başçısının sözlərinə görə, Budapeşt “Drujba” boru kəməri ilə neft tranziti bərpa edilməyənədək Kiyevə yardım göstərməyə imkan verməyəcək.

Qeyd edək ki, yanvarın 27-də “Drujba” boru kəməri ilə Rusiyadan Şərqi Avropaya neft tədarükü tam dayanıb. Fevralın 15-də Macarıstan və Slovakiya Rusiya xam neftinin Adriatik dənizi boru kəməri vasitəsilə tranzitinə icazə verməsi üçün Xorvatiyaya müraciət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO