Medvedev Kallasa cavab verdi: “Hərbçilərimiz istəsə, 1945-ci ildə olduğu kimi Avropaya vizasız girə bilər”

Medvedev Kallasa cavab verdi: “Hərbçilərimiz istəsə, 1945-ci ildə olduğu kimi Avropaya vizasız girə bilər”

Hazırda oxunan: Medvedev Kallasa cavab verdi: “Hərbçilərimiz istəsə, 1945-ci ildə olduğu kimi Avropaya vizasız girə bilər”

598020

Rusiya tərəfində müharibədə iştirak edən şəxslər (Hərbçiləri nəzərdə tutur – red.) istəsələr, Şengen zonasına vizasız daxil ola bilərlər.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Telegram kanalında yazıb.

O, bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Rusiya-Ukrayna müharibəsində iştirak etmiş şəxslərin Şengen zonasına girişinin qadağan olunması ilə bağlı bəyanatına cavab olaraq səsləndirib.

“Sarışın siçovul Kaya deyib ki, yüz minlərlə keçmiş rus hərbçisinin heç vaxt Şengen zonasına düşməməsi üzərində işləyir. Döyüşçülərimiz üçün necə də böyük itki. İstəsələr, ora vizasız da girə bilərlər. 1812-ci və ya 1945-ci ildə olduğu kimi. Vətən Müdafiəçiləri Gününüz mübarək!”, — deyə Medvedev qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO