Qazaxıstan Xəzər dənizinin qorunmasına 2.2 milyon dollar ayırdı

Qazaxıstan Xəzər dənizinin qorunmasına 2.2 milyon dollar ayırdı

Hazırda oxunan: Qazaxıstan Xəzər dənizinin qorunmasına 2.2 milyon dollar ayırdı

597971

Qazaxıstan Hökumətinin ehtiyat fondundan Xəzər dənizinin öyrənilməsi və qorunması üçün 1,1 milyard tengə (təqribən 2,2 milyon ABŞ dolları) ayrılıb.

Bizim.Media Qazaxıstan Hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müvafiq qərar Baş nazir Oljas Bektenov tərəfindən imzalanıb. Vəsait “Qazax Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutu” ASC-yə yönəldilib.

Maliyyələşdirmə dəniz monitorinqinin aparılması üçün avadanlıqların alınmasına, həmçinin hidrobioloji və hidrokimyəvi laboratoriyaların təchizatını nəzərdə tutub.

Bu, instituta bilavasitə dəniz akvatoriyasında kompleks monitorinqə keçməyə, o cümlədən hidrometeoroloji və bioloji mühit parametrləri üzrə sistemli müşahidələr aparmağa, eləcə də dənizin Qazaxıstan hissəsindəki proseslər haqqında elmi əsaslı bazanı genişləndirməyə imkan verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO