“Forbes” Türkiyənin ən varlı insanların siyahısını açıqlayıb.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, siyahıya görə, “Chobani” şirkətinin sahibi Hamdi Ulukaya 13,5 milyard dollarlıq şəxsi sərvəti ilə birinci yerdə qərarlaşıb.
İkinci sırada isə 5,3 milyard dollar sərvəti ilə Murat Ülker yer alıb.
Siyahıya ilk dəfə daxil olan Selçuk Bayraktar 2,7 milyard dollar sərvəti ilə Türkiyənin 10-cu ən varlı şəxsi olub. “Baykar” şirkətinin İdarə Heyətinin sədri olan Bayraktar müdafiə sənayesindəki uğurları ilə diqqət çəkən yeni adlardan biridir.
Türkiyənin ən varlı 10 şəxsinin siyahısı belədir:
1. Hamdi Ulukaya - 13,5 milyard dollar
2. Murat Ülker - 5,3 milyard dollar
3. Şaban Cəmil Kazancı - 5,1 milyard dollar
4. Erman Ilıcak - 3,7 milyard dollar
5. Feridun Geçgel - 3,4 milyard dollar
6. Ferit Faiq Şahenk - 3,1 milyard dollar
7. Semahat Sevim Arsel - 3,1 milyard dollar
8. Filiz Şahenk - 2,9 milyard dollar
9. Mustafa Rahmi Koç - 2,7 milyard dollar
10. Selçuk Bayraktar - 2,7 milyard dollar.
Bizim.Media



































































































