Slovakiyadan Ukraynaya XƏBƏRDARLIQ: Neft tədarükü bərpa olunmasa…

Slovakiyadan Ukraynaya XƏBƏRDARLIQ: Neft tədarükü bərpa olunmasa…

Hazırda oxunan: Slovakiyadan Ukraynaya XƏBƏRDARLIQ: Neft tədarükü bərpa olunmasa…

597915

Slovakiyanın Baş naziri Robert Fitso Ukraynaya fövqəladə elektrik enerjisi tədarükünün dayandırıldığını elan edib.

Bizim.Media xəbər verir ki, Slovakiyanın Baş naziri bunu “Drujba” boru kəməri ilə Rusiya neftinin tranzitinin dayandırılması ilə bağlı ilk cavab addımı adlandırıb.

“Əgər Ukrayna tərəfi Slovakiyadan öz enerji sisteminin sabitləşdirilməsi üçün yardım istəsə, belə yardım göstərilməyəcək”, – deyə o qeyd edib.

Fitso xəbərdarlıq edib ki, neft tədarükü bərpa olunmasa, Slovakiya Ukraynanın Aİ-yə üzvlüyünə dəstəyin yenidən nəzərdən keçirilməsi də daxil olmaqla əlavə addımlar ata bilər:

“Slovakiyanın neft tədarükü almaq hüququ var... Biz əlavə addımlar atmaq hüququnu tam şəkildə özümüzdə saxlayırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO