Rusiyanın genişmiqyaslı müharibənin əvvəlində Kiyevi ildırım sürəti ilə ələ keçirmək cəhdinin iflasa uğraması böyük ölçüdə Ukrayna kəşfiyyatının işi və Qərb xüsusi xidmət orqanları ilə koordinasiya nəticəsində baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə The Guardian yazıb.
Nəşrin məlumatına görə, Ukraynanın Baş Kəşfiyyat İdarəsi (GUR) və onun rəhbəri Kirill Budanov mümkün işğala 2022-ci il fevralın 24-dən əvvəl hazırlaşırdı. Siyasi dairələrdə müəyyən skeptisizmə baxmayaraq, kəşfiyyat paytaxta hücum ehtimalına qarşı qapalı hazırlıq aparırdı.
İşğal ərəfəsində Rusiya kəşfiyyatı agentura və diversiya fəaliyyətini gücləndirərək həm yüksək vəzifəli məmurlarla, həm də dövlət aparatının aşağı pillələrində əlaqələr qurmağa çalışıb.
Bu şəraitdə GUR təlim adı altında qeyri-ictimai təhlükəsizlik və logistika tədbirləri təşkil edib.
Rusiya planının əsas hədəfi Kiyev üzərində sürətli nəzarəti təmin etmək üçün Hostomel hava limanı idi.
Lakin Hostomel, Moşun və İrpin uğrunda döyüşlər ildırımsürətli ələ keçirmə ssenarisini puça çıxardı.
Analitiklərin fikrincə, Rusiya öz imkanlarını həddindən artıq qiymətləndirib, Ukrayna isə müqavimətə hazır olub və bununla da ən pis ssenarinin qarşısı alınıb.
Bizim.Media





























































































