Boris Conson: “Qərb qoşunları artıq Ukraynaya göndərilməlidir”

Boris Conson: “Qərb qoşunları artıq Ukraynaya göndərilməlidir”

Hazırda oxunan: Boris Conson: “Qərb qoşunları artıq Ukraynaya göndərilməlidir”

597733

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson deyib ki, Qərb müttəfiqləri münaqişənin bitməsini gözləmədən artıq indidən Ukraynaya qoşun göndərməlidir.

Bizim.Media xəbər verir ki, bu barədə o, BBC-yə müsahibəsində danışıb.

Onun sözlərinə görə, döyüş əməliyyatları başa çatdıqdan sonra qüvvələrin yerləşdirilməsi ilə bağlı plan mövcuddur. Lakin bu addımın əvvəlcədən atılması da mümkündür və bu, Kiyevə dəstəyin nümayişi olardı.
 

“Bunu niyə indi etməyək? Mən oraya sülhməramlı quru qoşunlarının göndərilməməsi üçün heç bir məntiqi səbəb görmürəm”, – deyə Conson bildirib.


O vurğulayıb ki, müttəfiqlər mümkün atəşkəs kontekstində belə addıma hazırdırlar. Siyasətçinin fikrincə, məsələ siyasi xarakter daşıyır və Ukraynanın azad ölkə olub-olmaması ilə bağlıdır. Əgər Ukrayna azad dövlətdirsə, onun ərazisinə kimin gələcəyinə dair qərarı da ukraynalıların özü verməlidir.

Bununla yanaşı, Conson qeyd edib ki, söhbət yalnız döyüşlərin getmədiyi regionlarda qoşunların yerləşdirilməsindən gedir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO