Ukraynanın daxili işlər naziri Qqor Klimenko Lvovda törədilmiş terror aktında şübhəli bilinən qadının fotosunu dərc edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, Telegram-da yazıb.
Nazir bildirib ki, şəhərin mərkəzində baş verən partlayışlar nəticəsində 25 nəfər xəsarət alıb.
“Hazırda 11 nəfər tibb müəssisələrindədir. Altı hüquq-mühafizə orqanı əməkdaşının vəziyyəti ağırdır”, – deyə Klimenko vurğulayıb.
Nazir əlavə edib ki, saxlanılan qadının ehtimal olunan şəriklərinin axtarışı davam edir.
Xatırladaq ki, terror zamanı 23 yaşlı polis əməkdaşı Viktoriya Şpilka həlak olub.

Bizim.Media



































































































